Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Mil qəsəbəsində səyyar qəbul keçirildi.

23 sentyabr 2025 | 18:27
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 23 sentyabr 2025-ci il tarixdə Yeni Mil qəsəbəsində səyyar qəbul keçirib.
 
Qəbulda RİH başçısıyla birgə SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov, RİH başçısının müavinləri və şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri də iştirak etmişdir.
 
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdi.
 
Qəsəbə sakinlərini salamlayan RİH başçısı Əziz Əzizov Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir. Rayon rəhbəri daha sonra sakinlərdən müraciətlərini ünvanlamağını xahiş etdi.
 
Görüşdə qəsəbə sakinləri tərəfindən müxtəlif müraciət, təkliflər ünvanlanıb. Müraciətlərin bəziləri yerindəcə araşdırılaraq lazımi izahatlar verilmiş, digər məsələlərlə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.
 
Yeni Mil qəsəbə sakinləri keçirilən səyyar qəbuldan razılıqlarını ifadə edərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər