Şriftin ölçüsü :

Saytın rəngi :

Yuxarı Aran qəsəbəsində səyyar qəbul keçirilib

24 fevral 2026 | 17:57
24 fevral 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Yuxarı Aran qəsəbəsində vətəndaşlarla səyyar qəbul keçirib.
 
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı ilə birgə Rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov, icra başçısının müavinləri, şöbə və sektor müdirləri, eləcə də aidiyyəti dövlət orqanlarının nümayəndələri iştirak ediblər.
 
Səyyar qəbulu giriş nitqi ilə açan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qəsəbə sakinlərini baharın ilk müjdəçisi-Su Çərşənbəsi münasibətilə təbrik edib, mövsümün və xalqımızın ənənələrinin əhəmiyyətindən danışıb. Daha sonra rayonda həyata keçirilən infrastruktur layihələri, yol-nəqliyyat və digər sosial-iqtisadi inkişaf istiqamətindəki işlər barədə məlumat verilib və bu işlərin davam etdiriləcəyi vurğulanıb.
 
Səyyar qəbulda qəsəbə sakinləri öz müraciətlərini ünvanlayaraq mövcud problemlər və təkliflərini diqqətlə təqdim ediblər. Hər bir müraciət RİH başçısı Əziz Əzizov tərəfindən dinlənilib, yerində araşdırılıb, həlli mümkün məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb.
 
Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər