Şriftin ölçüsü :

Saytın rəngi :

Yuxarı Aran, Yeni Mil və Milabad qəsəbə şəhidlərinin məzarları və şəhid ailələri ziyarət olunub.

17 iyul 2024 | 10:57
17.07.2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müavinləri və şöbə müdirləri ilə birlikdə Yuxarı Aran, Yeni Mil və Milabad qəsəbə şəhidlərinin məzarlarını və şəhid ailələrini ziyarət edib.
 
Əvvəlcə şəhid məzarları ziyarət olunub, ehtiram əlaməti olaraq qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri düzülüb.
 
Daha sonra RİH başçısı Əziz Əzizov 18 şəhid ailəsini evlərində ziyarət edib. Ziyarət zamanı şəhidlərimizin xatirəsi yad edilib, onların şərəfli döyüş yolundan bəhs olunub. Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb.
 
Hər bir şəhid ailəsinə Rayon İcra Hakimiyyətinin ərzaq sovqatı təqdim olunub.
 
Şəhidlərimizin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər