Yuxarı Çəmənli kəndində sakinlərlə səyyar qəbul keçirilib
12 noyabr 2026 | 16:15
Vətəndaşların müraciətlərinin yerində dinlənilməsi, onları narahat edən məsələlərin araşdırılması və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə 12 noyabr 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Yuxarı Çəmənli kəndində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirib.
Səyyar qəbul zamanı rayon rəhbəri Əziz Əzizov ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin nəticələri, Beyləqan rayonunda görülən quruculuq və abadlıq işləri, əhalinin rifahının yüksəldilməsi və sosial məsələlərin həlli istiqamətində görülən tədbirlər barədə məlumat verib.
Daha sonra sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli ilə bağlı aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verilib.
Sakinlər kənddə səyyar qəbulun təşkilinə və müraciətlərinin yerində dinlənilməsinə görə razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.







