“Zəfərin mübarək, Vətən!” adlı tədbir keçirilib.
04 noyabr 2022 | 14:00
8 Noyabr- Zəfər günü ərəfəsində Beyləqan Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova və aparatın şöbə müdiri Heybət Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin rəisi Zöhrab Camalov və hərbi komissarlığın kollektivi, qeyri-hökümət təşkilatının nümayəndələri, qazi, veteran və müharibə iştirakçıları, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunmuş, önünə gül dəstələri düzülərək dahi şəxsiyyət ehtiramla yad edilmişdir.
Tədbir Beyləqan rayon Heydər Əliyev Mərkəzində baş tutub. Əvvəlcə Dövlət Himni səsləndirilmiş, sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısının müavini Yeganə Məmmədova Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik fəaliyyəti nəticəsində əldə olunmuş Zəfər qələbəsinin əhəmiyyətindən, Azərbaycan silahlı qüvvələrinin döyüş yolundan, əsgər və zabitlərimizin yurd və vətən sevgisindən ətraflı bəhs edərək bu anların dünya hərb tarixinə qızıl səhifələrlə yazıldığını qeyd edib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin rəisi Zöhrab Camalov, Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəsi Məhəmməd Qələndərov, rayon Ağsaqqallar şurasının sədri Etibar İmanov və Qarabağ Müharibəsi qazisi çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, şəhid və qazilərimizin, eləcə də müharibə iştirakçılarının əzmi və vətən sevgisi sayəsində əzəli torpaqlarımızın düşmən işğalından azad edildiyini və tariximizin şanlı səhifəsinə yeni bir tarix əlavə olunduğunu və 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərin ölkəmiz və bütün türk dünyası üçün əhəmiyyətini qeyd ediblər.
Sonda Şanlı Zəfərimiz və onun tarixinə həsr olunmuş videoçarx nümayiş olunub.