Tarixi
Mil düzü rayonları qrupuna daxil olan Beyləqan rayonu 24 noyabr 1939-cu ildə yaranmış və Jdanov rayonu adlandırılmışdır. Azərbaycan SSR Ali Sovetinin 19 mart 1989-cu il tarixli qərarı ilə rayonun adı dəyişdirilərək Beyləqan rayonu adlandırılmışdır.
Beyləqan rayonunda adı verilmiş Beyləqan şəhərinin adı tarixi mənbələrdə fərqli adlarla verilmişdir.Paytakaran, Balasakan, Bilgan, Bilaqan, Millər, Beyləqan.Adı fərqli olduğu kimi, adının mənası ilə də bağlı müxtəlif fikirlər mövcuddur.Mənbəyə görə toponim (əsl qədim və yerli adı Biləqan) Altay dillərində olan “pilə” (düzən açıq yer) və “qan” (məkan) sozlərinin birləşməsindən yaranmışdır, və “düzənlik yer, çöl” mənasını verir və vaxtilə Mil düzünün adı olmuşdur.Digər mənbəyə görə, Beyləqan şəhəri Bərdə-Ərdəbil karvan yolunun üstündə yerləşdiyi üçün burada ticarət inkişaf etmiş, şəhər mühüm ticarət mərkəzlərindən bir olmuşdur (IX - XII əsrlər). Beyləqan adının yaranmasıda bu yolla əlaqəlidir.Belə ki, Beyləqan – bel yolu, ticarət yolu və yaxud ticarət aparılan yer anlamındadır.Digər fikirlərə görə, Beyləqan sözü burada vaxtı ilə yaşayan “bel” tayfasının adı ilə bağlıdır, yəni “bel” tayfasının məskunlaşdığı, yaşadığı yer anlamındadır.Mənbələrdə insanların ən çox istifadə etdiyi yol “Bel yolu” mühüm karvan yolu olduğu qeyd olunmuş və bu yolun dayanacaq yeri göstərilmiş, hətta karvan yolunun xəritəsi verilmişdir.Beləki Nailə Vəlixanlının “IX-XII əsr ərəb coğrafiyaşünas səyahlarının Azərbaycanda olan orta əsr ticarət karvan yolları haqqında məlumat verilir.””Yollar və məmləkətlər kitabında” isə yazılır: “Bərdədən Yunana 7 Fərsəx (1 fərsəx – təxminən 6 -8 km dir.), Yunandan Beyləqan şəhərinə 7 fərsəxdir” Mənbələrdəndə göründüyü kimi, Beyləqan şəhəri Dərbənd – Bərdə - Beyləqan – Ərdəbil karvan ticarət yolunun üstündə yerləşirdi.Hətta böyük ipək yolunun şimal-cənub xətti (Dərbənd Ərdəbil yolu) qədim Beyləqandan keçmişdir.Beyləqan tacirləri bu yol vasitəsiilə Çin, Hindistan, İran, Bizans, Gürcüstan və başqa ölkələrlə ticarət əlaqəsi qurmuşlar.
Maddi-Mədəni irsi :Beyləqan rayonunda bir neçə tarixi abidə mövcuddur. Bunlar Həzrəti Cərgiz Peyğəmbər ziyarətgahı, orta əsrlər dövrünü əhatə edən qədim Beyləqan şəhər xarabalığı (Örənqala) və Soltanbud təpəsidir.
Həzrəti Cərcis Peyğəmbər ziyarətgahı XVII-XVIII əsrlərdə tikilmişdir. Hal-hazırda bu ziyarətgah Azərbaycanın bütün bölgələrindən, eləcə də İrandan, Gürcüstandan, Dağıstandan və Orta Asiya ölkələrindən gələn müsəlmanların inam və səcdə yeridir.
Beyləqan şəhər xarabalığı Örənqala tarixi abidəsi rayondan 18 km aralıda yerləşən Kəbirli kəndinin yaxınlığındadır. Burada qədim Beyləqan şəhəri mövcud olmuşdur. Tarixi məlumatlara görə əsası V əsrdə qoyulmuş Beyləqan şəhəri dövrünün ən iri ticarət və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Bu şəhər XIII əsrdə monqol-tatarların işğalına məruz qalaraq tamamilə dağılmışdır. XIV əsrdə Əmir Teymur tərəfindən şəhərin yenidən inşasına başlansa da, onun ölümü ilə əlaqədar olaraq başlanmış işlər yarımçıq qalmışdır. XVI əsrdən bəri şəhər xarabalığa çevrilmiş və bir daha bərpa olunmamışdır.
Bundan əlavə, rayon Mədəniyyət şöbəsinin mühafizəsində olan aşağıdakı tarixi, memarlıq və incəsənət abidələri mövcuddur :
Tarix diyarşünaslıq muzeyi,
Qədim Beyləqan şəhər xarabalığı (Örənqala)
Mücirəddin Beyləqaninin heykəli,
Həzrəti Cərgiz Peyğəmbər ziyarətgahı,
Həzrəti Cərgiz Peyğəmbər ziyarətgahında Məscid kompleksi
Saray təpəsi,
Soltanbud qəbristanlığı,
Seyid Əminə Xatın türbəsi,
Əminə Xatın məscidi,
Kərbəlayı Seyid Ağa türbəsi,
Hacı Seyid Əli Ağa türbəsi,
Gəray Əsədovun ev muzeyi,
Böyük Vətən Müharibəsi iştirakçılarının xatirə kompleksi,
Sevil Qazıyevanın ev muzeyi və büstü,
Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun xatirəsində ucaldılmış abidə,
Türklər məscidi,
Əmək birliyi abidəsi,
Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun büstü.,
Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə abidə kompleksi,
31 Mart azərbaycanlıların soyqırımı abidə kompleksi,
Ümummilli liderimiz Heydər Əliyevin heykəli,
Heydər Əliyev mərkəzi,
Gənclər mərkəzi,
Şahmat məktəbi
Tarixi və Memarlıq abidələri :Beyləqan rayonu ərazisində çoxlu sayda həm arxeoloji, həmdə memarlıq abidələri mövcuddur.Onların tədqiqi bu ərazidə yaşayanın 6000 ildən çox yaşı olduğunu sübuta yetirir.
Tarixi-arxeoloji abidələr.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfində qeydə alınan respublika əhəmiyyətli tarixi-arxeoloji abidələr bunlardır.Beyləqan yaşayış yeri(Örənqala), I-Çardaxlı yaşayış yeri, Çatal təpə, Kültəpə yaşayış yeri, Sarıtəpə qəbiristanlğı, Qaratəpə yaşayış yeri, Saraytəpə yaşayış yeri, Təzəkənd yaşayış yeri, Küp qəbirləri nekropolu, Birinci Sultanbud yaşayış yeri, İkinci Sultanbud yaşayış yeri, Sultanbud qəbiristanlığı, Beyləqan qalası.
Tarixi-memarlıq və incəsənət abidələri.Beyləqan ərazisindəki tarixi-memarlıq və incəsənət abidələri bunlardır: Əmək birliyi abidəsi, Akif Əkbərovun büstü, Böyük vətən müharibəsində həlak olanların şərəfinə ucaldılmış abidə, Cərcis Peyğəmbər türbəsi, Dünyamallar məscidi, “Əmək birliyi”abidəsi, Gəray Əsədovun büstü, Gəray Əsədovun ev muzeyi, Hacı Seyid Əli Ağa məscidi, Heydər Əliyev muzeyi, Heydər Əliyev adına mədəniyət və istirahət parkı, Heydər Əliyevin abidəsi, Həzi Aslanovun büstü, İlham Quliyevin büstü, İlqar Qurbanovun büstü, Kərbəlayi Seyid Ağa türbəsi, Qala təpə, Qarabağ müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə, Qədim Əliyevin büstü, Mehdi Mehdizadənin büstü, Mücirəddin Beyləqaninin heykəli, Mücirəddin Beyləqani parkı, Namiq Allahverdiyevin büstü, Nazim Quliyevin büstü, Nəriman Nərimanovun büstü, Rizvan Nəsirovun büstü, Seyid ağa türbəsi, Seyid Aminə Xatun məscidi, Seyid Aminə Xatun türbəsi, Seyid Miryusif Ağa türbəsi, Sevil Qazıyevanın büstü və ev muzeyi, Saray təpəsi, Türklər məscidi, Soltanbud təpəsi və sair..
Ziyarətgahlar.Beyləqan rayonunun əhalisi müqəddəs dinimizə bağlı, inanclı, imanlı insanlardır.Ta qədimdən Allaha tapınmış bu insanlar zaman zaman öz istək və arzularını müqəddəs ziyarətgahlarda dilə gətirmiş, burada ibadət etmişlər.Əhalinin ən çox üz tutduğu belə məknalardan biri Həzrəti Cərcis peyğəmbər ziyarətgahıdır.Bu ziyarətgah Həzrəti Cərcis peyğəmbərin məzarı üzərində tikilmiş türbədən ibarətdir. Azərbaycan ərazisində yeganə peyğəmbər məzarı Beyləqan ərazisindədir.Elə ona görədə Beyləqanı Peyğəmbər yurdu Peyğəmbər diyarı adlandırırlar.Rayon ərazisində bir sıra ziyarətgahlar var : Cərcis Peyğəmbər ziyarətgahı, Seyid Ağa ziyarətgahı, Seyid Aminə Xatun ziyarətgahı, Seyid Xırda ziyarətgahı, Seyid Miryusif Ağa ziyarətgahı, Hacı Seyid Əli Ağa ziyarətgahı.
Qəbirüstü daş abidələr.Ölən insanın xatirəsini əbədiləşdirmək üçün ötən əsrlərdə qəbir üzərində ucaldılmış daş abidədir.Bu cür qədim daş abidələrə Beyləqan ərazisində sıx sıx rast gəlinir.Qəbirüstü daş abidələrin bir hissəsi Cərcis Peyğəmbər ziyarətgahı ərazisində, digər hissəsi isə rayon Tarix Diyarşünaslıq həyətində yerləşdirilmişdir.
Bu yurdun ad-san qazanmış oğul və qızları.Qədim Beyləqan diyarının adını tarixə yazan, ona ad san qazandıran bu yurdun dəyərli, qəhrəman oğul və qızları olmuşdur.Onların əməyi, dəyanəti, sücəti olmasaydı, bu gün yəqinki, nə indiki Beyləqan olardı nə də onun tarixindəi şərəfli adı.Tarixu və ədəbi qaynaqlarda onların haqqında söhbətlər açılmış, qəhrəmanlıq yollarından, sənətkarlıq məharətlərindən elmdə və ədəbiyyatda qazandıqları uğurlardan danışılmışdır.Tarixi keçmişimizin dəyərli isimləri bu yurda şöhrət gətirmişlər.Məsud Ibn Namndar, Mücirəddin Beyləqani, Nəcməddin Beyləqani, Şihabəddin Beyləqani, Qəssab Müsafir, Əbu Musa, Həsən İbn Zəki-əl Beyləqani, Qaçaq Kazım...Tarix və Ədəbiyyat kitablarından oxuyub bildiyimiz, rəvayətlərdən eşitdiyimiz, yaxud bizim müasirimiz olan insanlar olmuşlar.Onlardan bir çoxu tək bu yurdun deyil, bütün Azərbaycanın şərəf salnaməsində yer tuturlar.
Elm xadimləri: Əsgər Abdullayev, Tahir Ağayev, Əbiş Allahverdiyev, Vaqif Allahverdiyev, Rəvan Babayev, Kənan Bəşirov, Asif Cavadov, Hidayət Cəfərov, Sədi Cəfərov, İltifat Əliyarlı, Süleyman Əliyarlı, Dursun Əliyeva, Məhərrəm Əliyev, Ələmdar Fərzəliyev, Mahmud Fətiyev, Səməd Hacıyev, Eldar Hüseynov, Babakişi Kərimov, Nazir Kərimov, Alış Qasımov, Kərəm Quliyev, Vilayət Quliyev, Xalidə Quliyeva, Əyyub Məmmədov, Yunis Salahov, Nizami Seyidəliyev, Kamil Məmmədov, Yavər Vəliyev, Elmira Zeynalova və.s.
Sovet ittifaqı Qəhrəmanı: Gəray Əsədov .
Sosialist əməyi qəhrəmanları: Gülzar Abdullayeva, Gülüstan Ağayeva, Güllü Cabbarova, Maral Cəfərova, Allahqulu Hacıyev, Mülayim Həsənova, Bahadur Hüseynov, Rəşid İmanov, Sərdar İmrəliyev, Sevil Qazıyeva, Əhməd Əhmədov, Bərşad Quliyev, Mürsəl Mehrəliyev, İmran Məmmədov, Hüseyn Pənahov, Havvaxanım Rzayeva, Əlibala Şirinov, Əskinaz Usubova.
Azərbaycan Respublikasının Milli Qəhrəmanları: Namiq Allahverdiyev, Akif Əkbərov, Mətləb Quliyev, Nazim Quliyev.
Azərbaycan Respublikası Milli Məclisinin Deputatı: Şahin İsmayılov, Çingiz Qənizadə.
Yazarlar: Ağa Savalanlı, Asif Cəfərli, Bəhram Fərmanzadə, Elman İsrafiloğlu, Zakir Əliyev, Əsəd Cahangir, Faiq Dərgahov, İbrahim Kəbirli, İslam Kəbirli, Məmməd Oruc, Arif Mədətov, Oqtay Mədətov, Nigar Fətiyeva, İltizam Rüstəmov, Səxavət Sahil, Səmədxan Beyləqanlı, Şəfəq Nasir, Tamara Vəliyeva, Vaqif Cəfərli, Yusif Nəgməkar, Zəki Beyləqani, Zülfüqar Şahsevənli və.s
Fəxri adlar almış sənət sahibləri: İsfəndiyar Quliyev, Fərman Hacıyev, Cavanşir Məmmədov, Zakir Bəndəliyev, Tamara Əhmədova, Əli Əsgərov, Mustafa Hacıyev, Rəsul Hüseynov, Dadaş Xələfov, Sona Qazıyeva, Fatma Məmmədova, Mərziyyə Nəcəfova, , Mirəli Talıbov, Əlabbas Vəliyev, Vahid Quliyev, Vüqar Abbasov, Nahidə Ağayeva və.b
İdmançılar: Köçəri Beyləqanlı, Namiq Quliyev, Nurəddin Beyləqanlı, Zülfiyyə Hüseynova, Şahin Diniyev, Sevindik Əhmədov, Misir Xudaverdiyev, Eldəniz Tahirov, Sahib Nəsibov və.b