Apellyasiya Şurası Sərəncam
Beyləqan rayon İcra hakimiyyəti baçısının
27 №-li 08 fevral 2016-ci il tarixli Sərəncamı
27 №-li 08 fevral 2016-ci il tarixli Sərəncamı
Beyləqan rayon İcra hakimiyyətinin Apellyasiya Şurasının yaradılıması barədə
Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında nümunəvi əsasnaməni rəhbər tutaraq
QƏRARA ALIRAM:
1. Beyləqan rayonunda sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən hərəkət və ya hərəkətsizliyindən verilmiş təkrar şikayətlərə baxılmasını təmin etmək məqsədilə aşağıda qeyd olunan tərkibdə rayon İcra hakimiyyətinin Apellyasiya Şurası yaradılsın.
Şuranın sədri:
Süleymanov Elman Firudin oğlu-Beyləqan rayonu İcra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müavini
Şuranın üzvləri:
1.Quliyev Azər Həmzə oğlu -Beyləqan rayon İcra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri
2.Quliyev İlqar Saday oğlu-Beyləqan rayonu İcra hakimiyyəti başçısının aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
3.Abbasov Rauf Bayram oğlu-Beyləqan rayonu İcra hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi (mühəndis)

4.Məmmədov Xaliq İmamverdi oğlu-Beyləqan rayon Aqrar İnkişaf Mərkəzinin direktoru
5.Səfərov Tofiq İsa oğlu-Beyləqan rayonu İcra hakimiyyəti başçısının müavini, İctimai-Siyasi və hümanitar məsələlər şöbəsinin məsləhətçisi
5.Səfərov Tofiq İsa oğlu-Beyləqan rayonu İcra hakimiyyəti başçısının müavini, İctimai-Siyasi və hümanitar məsələlər şöbəsinin məsləhətçisi
2. Şuraya tövsiyə edilsin ki, 15 fevral 2016-cı il tarixdən fəaliyyətə başlasın.
3. Sərəncama nəzarəti öz üzərimdə saxlayıram.