Apellyasiya katiblik Serencam
Beyləqan rayon İcra hakimiyyəti baçısının
27 №-li 08 fevral 2016-ci il tarixli Sərəncamı
Beyləqan rayon İcra hakimiyyətinin Apellyasiya Şurası Katibliyinin yaradılıması barədə
Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında nümunəvi əsasnaməni rəhbər tutaraq
QƏRARA ALIRAM:
1. Beyləqan rayonunda sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən hərəkət və ya hərəkətsizliyindən verilmiş təkrar şikayətlərə baxılmasını təmin etmək məqsədilə aşağıda qeyd olunan tərkibdə rayon İcra hakimiyyətinin Apellyasiya Şurasının Katibliyi yaradılsın.
Katibliyin rəhbəri:
Şirinov Rafiq Mirzə oğlu-Beyləqan rayonu İcra hakimiyyəti başçısı aparatının Sənədlərlə və Vətəndaşların müraciəti ilə iş şöbəsinin müdiri
Katibliyin üzvləri:
2. Katibliyə tövsiyə edilsin ki, 15 fevral 2016-cı il tarixdən fəaliyyətə başlasın.
3. Katibliyin işinə nəzarət Şura sədrinə həvalə edilsin.