Şriftin ölçüsü :

Saytın rəngi :

İcra hakimiyyətinin başçısı

 

Əziz İmran oğlu Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. M.Əzizbəyov adına Neft və Kimya İnstitutunu bitirmişdir.

1985-ci ildə Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin  Tramvay-Trolleybus İdarəsində əmək fəaliyyətinə başlamış və 1996-cı ilə qədər müxtəlif vəzifələrdə çalışmışdır.

1996-2006-cı illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.

08.08.2006-cı ildən 02.02.2018-ci ilədək Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 02.02.2018-ci ildən 12.11.2019-cu ilədək Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı,12.11.2019-cu ildən 08.07.2024-cü ilədək isə Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2024-cü il tarixli Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.

Keçidlər