İnfrastruktur
Poçt və Rabitə
“Azərpoçt” MMC-nin Beyləqan Poçt Filialı
“Azərpoçt” MMC-nin Beyləqan Poçt Filialı əsas fəaliyyət növü poçt rabitəsi olmaqla, əhaliyə 40-dan yuxarı ənənəvi, qeyri-ənənəvi poçt və bank-maliyyə xidmətləri göstərir. Filialın xidmət ərazisi Beyləqan rayonunun inzibati ərazisini tam əhatə edir. Bir şəhər, iyirmi beş kənd poçt şöbəsi xidmət ərazisindəki şəhər, qəsəbə, kənd və yaşayış məntəqələrinə xidmət göstərir.
Son zamanlar Poçt Filialı üzrə ayrı-ayrı xidmət sahələrinin inkişafında və xidmətə müasir informasiya texnologiyalarının tətbiqi sahəsində xeyli işlər görülmüşdür.
Beynəlxalq İnkişaf Assosasiyası ilə Azərbaycan Respublikası arasında imzalanmış “İnkişaf krediti haqqında” Sazişin (Maliyyə xidmətlərinin inkişafı layihəsinin) həyata keçirilməsi istiqamətində Beyləqan poçt filialının aparatının struktur quruluşunda müvafiq dəyişiklik aparılmaqla bank-maliyyə xidmətlərinin göstərilməsinə başlanılmışdır. Hal-hazırda filial üzrə Müştəri xidmətləri, Aşağı Çəmənli, Binnətli, 1-ci Aşıqlı, Daşburun, Dünyamallar, Eyvazallar, Əlinəzərli, Xalac, Qarallar, Mil-2, Milabad, Örənqala, Yuxarı Aran, Təzəkənd, Kəbirli, Qəhrəmanlı, Yuxarı Çəmənli, 2-ci Şahsevən, Tatallar cəmi 17 poçt şöbəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş bank-maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı lisenziyalarla təmin olunmuş, bank müəssisələri kimi Vergilər Nazirliyindən qeydiyyatdan keçmişdir.
Poçt Filialı üzrə hazırda aşağıdakı bank-maliyyə xidmətləri göstərilir:
-hüquqi və fiziki şəxslər üçün poçt hesablarının açılması və aparılması,
-beynəlxalq pul köçürmələrinin qəbulu və ödənişi (western union, contakt, poçt pul baratları),
-valyuta mübadiləsi,
-kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi vasitəsilə kommunal xidmət haqlarının qəbulu,
-dövlət yol polisi cərimələrinin qəbulu
-vergi rüsumlarının qəbulu
-DSMF-nin məcburi sosial sığorta haqlarının qəbulu və sairə.
2012-ci ilin 2-ci rübündən başlayaraq “Atasığorta” və “Atəşgah” sığorta şirkətləri ilə bağlanmış müqavilələr əsasında filialda avtomobillərin icbari sığortası xidmətidə fəaliyyətə başlamışdır.
Poçt Filialının tabeçiliyində olan poçt şöbələri lazım olan sayda kompüter, faks, sürətçıxaran aparatı, elektron tərəzi və yanmayan seyflərlə təchiz edilmişdir. Mövcud kompüterlər, RİTN-nin Məlumat Hesablama Mərkəzinin serverinə, “Azərpoçt” MMC-nin “colvir” bank sisteminə qoşulmaqla, “ON-LİNE” rejimində informasiya mübadiləsi həyata keçirir ki, bu da teleqram, pul baratı, şəhərləarası telefon danışıq haqlarının, Azercell, Bakcell, Azerfon telefon haqlarının və s. qəbulunu, poçtun ünvanlara çatdırılmasını, pul ödənişlərin həyata keçirilməsini ən qısa zamanda təmin edir, bank-maliyyə xidmətlərinin keyfiyyətini yaxşılaşdırır.
“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasında “Elektron imza və elektron sənədlə bağlı bəzi normativ-hüquqi sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarına və Milli Sertifikat Xidmətləri Mərkəzinin “sistem istifadəçiləri üçün təlimat”ına uyğun olaraq Beyləqan Poçt Filialının müştəri xidmətləri şöbəsində elektron imza xidmətləri üçün Qeydiyyat Mərkəzi yaradılmış hüquqi və fiziki şəxslərə, dövlət qurumlarına elektron imza xidmətləri göstərilir.
Poçt Filialının xidmət ərazisinə ünvanlanmış poçt göndərişləri, dövrü mətbuat, bazar ertəsi istisna olmaqla hər gün Bakı-Horadiz marşrutu ilə hərəkət edən “Azərpoçt” MMC-yə məxsus nəqliyyat vasitələri ilə daxil olur. Şəhərə ünvanlanan poçt göndərişləri həmin gün, kəndlərə ünvanlanan göndərişlər ən geci ertəsi gün çeşidlənərək rayon ərazisini əhatə edən iki istiqamətli marşrutla çatdırılır.
Poçt Filialı üzrə 60 ştat vahidi var. Bunlardan 16 nəfəri qadınlar, 44 nəfər kişilərdən ibarətdir. Poçt filialı üzrə 16 nəfər ali təhsilli, 24 nəfər orta ixtisas təhsillidir, 13 nəfər 29 yaşa qədər gənclərdən ibarətdir, bunların da 6 nəfəri ali təhsillidir. Filial üzrə 34 nəfər YAP üzvü var.
Rəhbərlik
Beyləqan poçt filialının rəisi:- Agayev Rasim Rafiq oğlu
1975-ci ildə Beyləqan rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad institutunun maliyyə-kredit fakültəsini bitirib. Müxtəlif vaxtlarda Beyləqan rayon əmək və əhalinin sosial müdafiəsi mərkəzində aparıcı-mütəxəssis, YAP Beyləqan rayon təşkilatında təlimatçı işləmişdir. 1999-2004-cü illərdə Beyləqan şəhər bələdiyyəsinin üzvü seçilmişdir. 2002-ci ilin fevral ayından Beyləqan poçt filialında əməliyyatçı-nəzarətçi və poçt əməliyyatları üzrə mühəndis vəzifələrində çalışıb. 1999-cu ilin fevral ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. 2012-ci ilin may ayında Beyləqan poçt filialının rəisi vəzifəsinə təyin olunub. Ailəlidir. Üç övladı var.
Əlaqə telefonu: iş-(021) 225 27 18, mobil-(050, 055) 200 88 26
Poçt əməliyyatları üzrə mühəndis: Məmmədov Zahir Cümşüd oğlu
Əlaqə telefonu: iş-(021) 225 23 08, mobil-(070) 316 77 37
Mühasibat uçotu və iqtisadi təhlil şöbəsinin rəisi, baş mühasib:
Məmmədov Vüsal Taryel oğlu
Əlaqə telefonu: iş-(021) 225 23 61, mobil-(050) 414 33 80
Ünvan:
“Azərpoçt” MMC-nin Beyləqan Poçt Filialının inzibati binası Beyləqan şəhər M.Rəsulzadə-110 ünvanındakı “Rabitə” evinin 1-ci mərtəbəsində yerləşir.
Poçt indeksi: AZ1200
Beyləqan Poçt Filialının tabeçiliyində olan poçt şöbələrinin
Indeksi, ünvanı və telefonları barədə
M Ə L U M A T:
S/S | İndeks | Poçt şöbəsinin adı |
Ünvanı | İstifadə edilən telefonlar kod- (0 21) |
|
telefon nömrəsi | faks nömrəsi |
||||
1 | AZ 1200 | Müştəri Xidmətləri Şöbəsi | BEYLƏQANş. M.Rəsulzadə-110 | 225 13 08 | 225 10 60 |
2 | AZ 1211 | AŞAĞI ÇƏMƏNLİ PŞ | AŞAĞI ÇƏMƏNLİ kəndi | 226 01 46 | |
3 | AZ 1213 | BİNNƏTLİ PŞ | BÜNYATLI kəndi | 226 41 33 | |
4 | AZ 1214 | ALLAHYARLI PŞ | ALLAHYARLI kəndi | 222 62 13 | |
5 | AZ 1215 | AŞIQLI-1 PŞ | AŞIQLI-1 kəndi | 222 53 87 | |
6 | AZ 1216 | DAŞBURUN PŞ | ŞAHSEVƏN-1 kəndi | 222 23 84 | |
7 | AZ 1217 | DÜNYAMALLAR PŞ | DÜNYAMALILAR kəndi | 226 33 10 | |
8 | AZ 1218 | EYVAZALLAR PŞ | EYVAZALILAR kəndi | 222 03 38 | |
9 | AZ 1219 | ƏLİNƏZƏRLİ PŞ | ƏLİNƏZƏRLİ kəndi | 227 71 31 | |
10 | AZ 1220 | XALAC PŞ | AŞQALLAR kəndi | 226 23 06 | |
11 | AZ 1221 | İMAMVERDİLƏR PŞ | İMAMVERDİLİ kəndi | 227 61 98 | |
12 | AZ 1222 | KƏBİRLİ PŞ | KƏBİRLİ kəndi | 227 43 06 | |
13 | AZ 1223 | QARALLAR PŞ | QARALILAR kəndi | 226 91 19 | |
14 | AZ 1224 | QƏHRƏMANLI PŞ | QƏHRƏMANLI qəsəbəsi | 227 11 47 | |
15 | AZ 1225 | MİL-2 PŞ | MİL qəsəbəsi | 222 12 01 | |
16 | AZ 1226 | MİLABAD PŞ | MİLABAD kəndi | 226 52 60 | |
17 | AZ 1227 | ÖRƏNQALA PŞ | ÖRƏNQALA kəndi | 225 23 64 | |
18 | AZ 1228 | ŞAHSEVƏN-2 PŞ | ŞAHSEVƏN-2 kəndi | 227 92 90 | |
19 | AZ 1229 | ŞƏRQ PŞ | ŞƏRQ qəsəbəsi | 226 11 40 | |
20 | AZ 1230 | TATALLAR PŞ | TATALILAR kəndi | 227 32 01 | |
21 | AZ 1231 | TÜRKLƏR PŞ | TÜRKLƏR kəndi | 222 42 00 | |
22 | AZ 1232 | YUXARI ARAN PŞ | YUXARI ARAN kəndi | 227 81 36 | |
23 | AZ 1233 | YENİ MİL PŞ | YENİ MİL qəsəbəsi | 222 33 58 | |
24 | AZ 1234 | YU. ÇƏMƏNLİ PŞ | YUXARI ÇƏMƏNLİ kəndi | 226 06 38 | |
25 | AZ 1235 | ƏMİRZEYİDLİ PŞ | ƏMİRZEYİDLİ kəndi | 226 72 03 | |
26 | AZ 1236 | TƏZƏKƏND PŞ | TƏZƏKƏND kəndi | 227 24 18 |