İctimai Şura
Sərəncam
AZƏRBAYCAN RESPUBLİKASI
BEYLƏQAN RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ
SƏRƏNCAMI
№ 60 17 sentyabr 2020-ci il
Beyləqan rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin
təşkili məqsədi ilə Komissiyanın yaradılması haqqında
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinin icrası ilə əlaqədar hazırlanmış “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 171 saylı 30 may 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamənin 2.3-cü və “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 6.8-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
- Beyləqan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılsın.
- Seçki komissiyasının tərkibi yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla aşağıdakı kimi təsdiq edilsin:
Komissiyanın sədri
Yeganə Məmmədova |
Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
Komissiyanın üzvləri |
İlqar Quliyev |
Beyləqan rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri |
Rafiq Şirinov |
Beyləqan rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri |
Rəşad Mayılov |
Beyləqan rayon İcra Hakimiyyəti başçısının Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi |
Etibar İmanov |
Beyləqan rayon Ağsaqqallar Şurasının sədri |
Nüsrət Köçəriyev
Vaqif Səfərov |
Qarabağ Müharibəsi Qaziləri Birliyinin Beyləqan rayon şöbəsinin sədri
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Beyləqan rayon bölməsinin sədri |
Rövşən Namazəliyev
Elvin Məmmədov |
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Beyləqan rayon şöbəsinin sədri
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Beyləqan rayon Komitəsinin sədri |
|
|
- Beyləqan rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın tərkibi 15 nəfər müəyyən edilsin.
- Seçki komissiyasına tapşırılsın ki, rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində (www.beyleqan-ih.gov.az), “Beyləqan” qəzetində və digər müvafiq yerlərdə İctimai Şuraya seçkilərin təşkili ilə əlaqədar olaraq namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanması və başa çatması vaxtını elan etsin.
- Komissiyaya tapşırılsın ki, Beyləqan rayon İcra Hakimiyyəti yanında İctimai şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatını “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.9-cu maddəsinə uyğun olaraq 20 gün müddətinə başa çatdırsın və seçkilərin “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etsin.
- Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Rafiq Şirinov tapşırılsın ki, sərəncamın aidiyyatı üzrə çatdırılmasını təmin etsin.
- Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Beyləqan rayon
İcra Hakimiyyəti başçısı Asif Ağayev