Rayon haqqında
Mədəniyyət
Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi Beyləqan rayon nümayəndəliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə tabedir. Əhaliyə mədəni xidmət göstərir. Beyləqan (Jdanov) rayon Mədəniyyət şöbəsi 1939-cu ildə yaradılmış, 2006-cı ildə Beyləqan rayon Mədəniyyət və Turizm şöbəsi adlandırılmış və 2017-ci ildən Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin Beyləqan rayon nümayəndəliyi adı altında fəaliyyət göstərir.
Nümayəndəliyin nəzdində 1 rayon Mədəniyyət Mərkəzi, 15 kənd mədəniyyət evi, 17 kənd klubu, 1 Mərkəz, 37 kənd kitabxana filialı, 1 Uşaq Musiqi Məktəbi, 1 rayon Tarix-diyarşünaslıq muzeyi və Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. Rayon ərazisində 1 dünya əhəmiyyətli arxeoloji abidə, 8 ölkə və 1 yerli əhəmiyyətli daşınmaz və tarixi abidə qeydə alınmışdır ki, bu abidələr 3 abidə mühafizəçisi tərəfindən mühafizə olunur.
Bu mədəni-maarif müəssisələrində 311 nəfər işçi çalışır ki, onların da 205 nəfəri ali və orta ixtisas təhsillidir. Nümayəndəliyin nəzdində fəaliyyət göstərən mədəni-maarif müəssisələrində 80 bədii özfəaliyyət kollektivi, dərnəyi və birlikləri vardır ki, bunların işində 1221 nəfər həvəskar iştirak edir. Cəmi yaradılmalardan 1 maraq klubu, 78 klub yaradılmaları və 1 “Gənclik Xalq” teatrıdır. Klub müəssisələrində fəaliyyət göstərən 1 maraq klubunda 5 nəfər, “Gənclik Xalq” teatrında 11 nəfər, 66 bədii özfəaliyyət dərnək və kollektivlərində isə 1139 nəfər həvəskar üzv vardır.
Uşaq Musiqi məktəbində fəaliyyət göstərən “Odlar yurdu” uşaq xor kollektivi 60 nəfər istedadlı uşağı özündə birləşdirir.
Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitab fondu 351.636 nüsxə (onlardan 69.128-i latın qrafikalıdır), oxucuların sayı 31.079 nəfər, kitab verilişi 412.912 ədəddir.
Beyləqan rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrin haqqında məlumat.
1.Kürdəmir Reügional Mədəniyyət və Turizm İdarəsinin Beyləqan rayon nümayəndəliyi
- Müəssisənin rəhbəri: Mirzəyev Nazim Qəzənfər oğlu
- Ünvanı: M.Rəsulzadə küçəsi -88
- Müəsssisənin yaranma tarixi: 1939
- E-mail ünvanı: medeniyyet.beylaqan@mail.ru
- Əlaqə telefonu: 21 225 -15-09
2. Beyləqan rayon Mədəniyyət Mərkəzi
- Müəssisənin rəhbəri: Məhəmmədli İxtiyar Sabir oğlu
- Ünvanı: M.Rəsulzadə küçəsi -88
- Müəsssisənin yaranma tarixi: 1939
- E-mail ünvanı: medeniyyet.beylaqan.mm@mail.ru
- Əlaqə telefonu: 21 225 -29-84
3. Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
- Müəssisənin rəhbəri: Məmmədova Gültəkin Əkbər qızı
- Ünvanı: M.Rəsulzadə küçəsi -88
- Müəsssisənin yaranma tarixi: 1939
- E-mail ünvanı: beylaqan-mks@mail.ru
- Əlaqə telefonu: 21 225 -29-64
4. Beyləqan rayon Heydər Əliyev Mərkəzi
- Müəssisənin rəhbəri: Məmmədova Yeganə Kərəm qızı
- Ünvanı: H.Əliyev prospekti -7
- Müəsssisənin yaranma tarixi: 2007
- E-mail ünvanı: beylaqan@inbox.ru
- Əlaqə telefonu: 21 225- 10-76
5. Beyləqan rayon Tarix-diyarşünaslıq muzeyi
- Müəssisənin rəhbəri: İsgəndərova Mehriban Yasəf qızı
- Ünvanı: M.Əsədov küçəsi -46
- Müəsssisənin yaranma tarixi: 1981
- E-mail ünvanı: mehriban_62@mail.ru
- Əlaqə telefonu: 21 225 -35-31
6. Beyləqan rayon Uşaq Musiqi Məktəbi
- Müəssisənin rəhbəri: Fətiyeva Nigar Salman qızı
- Ünvanı: M.Əsədov küçəsi -5
- Müəsssisənin yaranma tarixi: 1968
- E-mail ünvanı: musiqi.5@mail.ru
- Əlaqə telefonu: 21 225-11-23