Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və aparatının məsul əməkdaşları, Dövlət Təhlükəsizlik Xidmətinin Beyləqan rayon Şöbəsinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin rəhbərliyi İkinci Qarabağ müharibəsi zamanı şəhid olmuş Məmmədov Emin Fazil oğlunun ailəsinə onun doğulduğu Birinci Şahsevən kəndində baş çəkib.
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 17 may 2022-ci il tarixdə rayonun Yuxarı Aran qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Ötən günlərdə torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə savaşıb və qəhrəmancasına şəhid olan vətən övladlarından biri, Beyləqan rayonunun Bahar qəsəbəsindən olan şəhid Hüseynov Ruslan Vəli oğlunun doğulduğu qəsəbədə xatirəsinə ucaldılmış abidə bulaq kompleksinin açılışı baş tutub.
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 10 may 2022-ci il tarixdə rayonun Allahyarlı kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Ulu Öndərin doğum günü münasibəti ilə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və aparatın nümayəndələri, hüquq-mühafizə orqanları, rayonun idarə və müəssisə kollektivi, hərbçilər, ictimaiyyət nümayəndələri Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri düzmüş, dahi rəhbərə sonsuz hörmət və ehtiramlarını bir daha nümayiş etdirmişlər.